19 Avqust 18:25
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kommunikasiyaların açılmasına dair razılaşmanın üzərində Ermənistanın Baş naziri Nikol Paşinyanın imzası var, lakin İrəvan bunu sabotaj edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Birinci Kanala müsahibəsində deyib.

"Biz sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların blokadadan çıxarılmasının tərəfdarıyıq.
Təəssüf ki, Ermənistanın Sünik (Zəngəzur - red.) bölgəsindən keçən kommunikasiyalara gəlincə, Baş nazir Paşinyanın imzaladığı müqaviləni sabotaj edən məhz İrəvan rəhbərliyidir. Belə bir mövqenin məqsədinin nə olduğunu anlamaq çətindir", - o bildirib.

Rusiya XİN rəhbəri xatırladıb ki, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində deyilir:

"Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları həyata keçirir.

Lakin Ermənistan indiyədək bu öhdəliyini yerinə yetirməyib və kommunikasiyaların açılmasını əngəlləyir. Halbuki regionda davamlı sülhün və inkişafın təmin edilməsi üçün bütün kommunikasiyaların bərpası mühüm əhəmiyyət kəsb edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər