31 Avqust 13:42
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycanın Qarabağ İqtisadi Rayonundakı keçmiş separatçı rejimin ləğvindən danışıb.

Teleqraf.com xəbər verir ki, baş nazir bunun onunla heç bir əlaqəsinin olmadığını, “qərar”ın separatçıların özləri tərəfindən verildiyini və Ermənistandakı “Qarabağ klanı” tərəfindən təhrik edildiyini deyib.

Qarabağ ermənilərinin mümkün qayıdışı barədə sualı cavablandıran Paşinyan qeyd edib ki, bunu separatçıların absurd istəkləri, yəni “müstəqillik və muxtariyyət” iddiaları çərçivəsində real saymır.

“Qayıdış məsələsinə gəlincə, bunu bir qrup soydaşımız və Qarabağın keçmiş məmurlarının (separatçılar –red.) məsələni formalaşdırmağa çalışdıqları təsəvvür və ifadələrlə real hesab etmirəm”, - baş nazir bildirib.

Paşinyanın iddiasına görə, bu fikri Qarabağdan olan bir qadınla söhbətində də deyib.

“İndi məni Qarabağ sakinlərinin Qarabağa qayıtmasına imkan verməməkdə ittiham edirlər. Təqdim olunan paket, məzmun (ərazi və digər absurd iddialar – red.), məncə, Ermənistanın dövlət maraqlarına ziddir. Mən Ermənistan dövlətinin maraqlarını ölkənin beynəlxalq səviyyədə tanınmış əraziləri və suverenliyi ilə ölçürəm. Bunu birbaşa deməliyik.

Keçmişə baxanda mənə aydın oldu ki, 1996-cı il Lissabon sammitindən sonra Qarabağ məsələsi Qarabağ məsələsi yox, Ermənistanın dövlətçiliyinin ləğvi məsələsi idi. Zaman keçdikcə buna daha çox əmin oluram. İndi təqdim etmək üçün cəhd edilən məzmun Ermənistan dövlətinin maraqlarına ziddir”, - ölkə lideri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər