5 Sentyabr 11:45
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər