Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev 1994-cü ildə ifa etdiyi "Qaytağı" əsərinin videosunu sosial şəbəkələrdə yayıb.
Teleqraf.com xəbər verir ki, Tural Gəncəliyev 14 yaşında Hacı Məmmədov adına musiqi müsabiqəsinin qalibi olduğunu qeyd edib.
"14 yaşında ikən Bakıda keçirilən Hacı Məmmədov adına musiqi müsabiqəsinin qaliblərindən biri kimi Rəşid Behbudov adına mahnı teatrında Tofiq Quliyevin "Qaytağı" əsərini ifa etmək şərəfinə nail olmuşdum", - deyə icma rəhbəri bildirib.
Görüntüləri təqdim edirik: