Bakı Dövlət Sirkinin təşəbbüsü ilə Azərbaycan teleməkanında ilk dəfə “Xəzər axşamı” verlişində canlı efirdə pələnglə şou göstəriləcək.
Teleqraf.com xəbər verir ki, “Xəzər axşamı” verlişi bu gün saat 18:00-da baş tutacaq.
Hazırda Bakı Dövlət Sirkində nümayiş olunan “DZİVA” şousunun iştirakçısı, təlimçi Rostislav Qavrıliv sevimli pələnglərindən biri olan “Baby” ilə ekran başında əyləşən tamaşaçıların görüşünə gələcək.
“DZİVA” şousunun süjet xəttinin əsas elementi olan “Big cat show” ilə yanaşı hava gimnastı Darya Lichman və Pavel Rujilo da canlı efirdə qonaq olacaqlar.