"İki kino ittifaqın birləşməsi üçün Rasim Balayev və Şəfiqə Məmmədova böyük addım atdı. Onları qəhrəman hesab edirəm. Çünki onlar könüllü buna addım atdılar. Birləşməyin zamanı idi. Müxtəlif vaxtlarda bir-biriləri arasında toqquşmalar ola bilərdi, bu təbiidir. Amma hər şey arxada qalır. Bundan sonra hamı birlikdə olub bu sahəni doğru, düzgün istiqamətə yönəltməyə çalışmalıyıq".
Teleqraf.com xəbər verir bu sözləri mədəniyyət naziri Adil Kərimov "Milli kino günü" ilə əlaqədar Nizami Kino Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, nazirlik Kino Forumdan başlayaraq kollegial şəkildə kinomuzun inkişafı naminə mühüm addımlar atır.