2 Avqust 2023 19:39
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 125, "Azərbaycanfilm"in 100 illiyi və Milli Kino Günü ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, kinematoqrafçılar iştirak edib.

Kino günündə Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı bir sıra kinematoqrafçılara mükafat və fəxri diplomlar veriblər.

Tədbirin bədii hissəsində "Avanqard" kamera orkestrının ifasında kino musiqiləri səslənib.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova