Yanvarın 15-də dünyasını dəyişən tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze məlumat verib.
“Kikabidzenin ailə üzvləri məndən bildirməyimi istədilər ki, yanvarın 17 və 18-də Kaşvetidə vida mərasimi olacaq. Onun tabutu Filarmoniyanın böyük konsert zalından götürüləcək”, - Burçuladze “Mtavari Arkhi” telekanalının efirində bildirib.
Xatırladaq ki, bazar günü Kikabidzenin meneceri Rati Abzianidze aktyorun yanvarın 19-da aktyorun həyat yoldaşı və anasının dəfn olunduğu Tbilisidəki Vera qəbiristanlığında dəfn ediləcəyini qeyd edib.