20 Aprel 2023 13:16
2 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaxtilə "Hər şey yaxşılığa doğru" filmi çəkiləndə hamı deyirdi ki, müharibəni uduzan xalq üçün belə gülməli film lazım deyil. "Həyat deyəsən gözəldir" filmini şanlı qələbədən sonra çəkdik. Ordakı gülməli elementlərə görə yenə bizə irad tutdular".

Teleqraf.com xəbər verir ki, bu fikirləri rejissor Vaqif Mustafayev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunun "İdeologiya. Milli kino - dünən, bu gün və sabah" panelində deyib.

Vaqif Mustafayev son filmində üzləşdiyi problemlərə də toxunub: "Belə çıxır ki, qələbə qazananda da bizim gülməli film çəkməyə ixtiyarımız yoxdu. "Həyat deyəsən gözəldir" filminə çox maneələr yaratdılar. Kino şöbəsinin cəhdləri heç bir nəticə vermədi. Nazir (Anar Kərimov -red.) filmə baxırdı, gülürdü, amma deyirdi ki, kəsin.

Filmin 27 dəqiqəsini kəsdilər. Filmi Türkiyəyə "Dədə Qorqud" festivalına apardıq və orada "Ən yaxşı rejissor işinə görə" mükafatını aldı. Bütün bunlar ideologiyanın olmamasının nəticəsidir. İdeologiya nədir? Uşaqlıqdan gördüyüm ağacdı, ailəmdi, namusumdu, qeyrətimdi. Hansısa festivalda uğur qazanmaq adına çəkdiyim filmlərdə atamızı, anamızı satmağımız düzgün deyil".


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər