1 May 2023 17:55
2 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi koreyalı incəsənət tələbəsi səhər yeməyi yemədiyini və ac olduğunu deyib, rəssam Mauritsio Kattelanın instalyasiyasının (yerləşdirmə sənəti) bir hissəsi olan bananı yeyib.

Teleqraf.com xəbər verir ki, Mauritsio Kattelanın “BİZ” sərgisində “Komediyaçı” rəsmi Seuldakı Leeum İncəsənət Muzeyində divara lentlə yapışdırılmış banandan ibarət olub.

Tələbə Noh Huyn-soo bananı yedikdən sonra qabığını təkrar divara yapışdırıb. Yerli mətbuatın məlumatına görə, muzey həmin yerə təzə banan yapışdırmalı olub.

Bir dəqiqədən çox davam edən hadisəni Nohun dostu lentə alıb. Sərgidəki bananın iki-üç gündən bir dəyişdirildiyi açıqlanıb.

İnternetdə yerləşdirilən videolarda Noh bananı divardan götürərkən “bağışlayın” səsləri eşidilir. O, qabığı divara yapışdırır və getməmişdən əvvəl poza verir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər