23 Sentyabr 2016 23:38
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-də Ukraynanın paytaxtı Kiyevdə "Uber"ə rəqib "Taxify" taksi çağırışı xidməti işə salınıb.

Teleqraf.com xəbər verir ki, burada sərnişinlər sürücüləri, sürücülər isə sərnişinləri qiymətləndirəcək.

"Taxify" mobil əlavəsini Android və iOS-ə yükləməklə müştərilər avtomobil sifariş edə bilərlər. Gediş haqqını mobil əlavə vasitəsilə ödəmək mümkündür.

Qeyd edək ki, ilk dəfə "Taxify" xidməti 2013-cü ildə Estoniyada buraxılıb. Bu gün xidmət 9 ölkədə, o cümlədən Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Latviya, Litva, Serbiya, Niderland və Meksikada fəaliyyət göstərir. Şirkət gələcəkdə daha bir neçə Avropa ölkəsində xidmətini genişləndirməyi planlaşdırır.


Müəllif:

Oxşar xəbərlər