29 Sentyabr 2016 01:35
906

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir sürücü Avtosfer.az-ın "Bizim radar" rubrikasının "qonağı"dır.

Oxuculardan birinin göndərdiyi videodan aydın olur ki, "Mercedes" markalı, 90-AB-019 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şövkət Məmmədova küçəsində yol hərəkəti qaydalarını pozuğ. Sürücü qoşa xəttin tələbini pozaraq avtomobili yolun əks istiqamətinə çıxarıb və nəqliyyat axınına qarşı hərəkət edib. O, digər nəqliyyat vasitələrini ötməyə çalışarkən xeyli məsafəni əks yolla qət edib.
Qayda pozuntusu sentyabrın 25-də, saat 17.09 radələrində qeydə alınıb.

Qeyd edək ki, bu əməlinə görə sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat, 4 cərimə balı gözləyir.


Müəllif: