25 Yanvar 2015 07:27
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamımız monitor qarşısında dayanmadan gözlәrimizi yüklәmәyә vәrdiş etmişik. Aramızda az sayda adamlar bu qәdәr vacib orqanın xüsusiyyәtlәrin vә özәlliklәrindә xәbәrdardır.

Hәmin özәlliklәri sizә tәqdim edib, öz gözlәrinizә diqqәtlә yanaşmağı tövsiyyә edirik.

1. Qәhvәyi rәngindә göz әslindә mövcud deyil. Qәhvәyi gözlәr mavi gözlәrdәki qәhvәyi piqmentin vasitәsi ilә hәmin rәngi alır. Gözlәrdәki qәhvәyi piqmenti әmәliyyat vasitәsi ilә götürüb hәmişәlik mavi gözlәrә sahib olmaq olar.

2. Sevdiyimiz insana baxarkәn göz almacığı 45% böyüyür.

3. Açıq gözlәrlә asqırmaq mümkün deyil.

4. Gözlәr boz rәngin 500 çalarını ayırd edir.

5. Hәr bir göz 107 mln. hüceyrәdәn ibarәtdir vә onların hamısı işığa qarşı hәssasdır.

6. Kişilәr arasında hәr 12-­ci adam daltonikdir.

7. İnsan gözü spektorun yalnız 3 rәngini – göy, qırmızı , yaşıl rәngi ayırd edir. Qalan bütün rәnglәr hәmin 3 rәngin qarışığından alınır. (Yәgin ki, nәzәrinizdәn qaçmadı : spektorun rәnglәri bizim bayrağdakı rәnglәrdir)

8. Gözlәrimizin diametri 2.5 sm, çәkisi isә 8 qr­dır.

9. Orqanizmimizdә olan bütün әzәlәlәr arasında göz әzәlәlәri әn işlәk әzәlәlәrdir.

10. Gözlәrimizin ölçüsü doğulandan ölәnәdәk dәyişmir, baxmayaraq ki, burun vә qulaqlar bütün hәyatımız boyu öz ölçüsünü dәyişir.

11. Göz almacığının cәmi 1/6 hissәsi görünür.

12. Orta hesabla bütün hәyatımız boyu tәxmini olaraq 24 mln. sayda şәkil görürük.

13. Әn sürәtli әzәlә göz әzәlәsidir.1 saniyә әrzindә 5 dәfә gözümüzü qırpa bilәrik. ”Bir göz qırpımında” ifadәsi dә burdan meydana gәlib.

14. Gözlәrimiz 1 saniyәdә 50 şeyә fokslaşa bilir.

15. Gözlәr tәrәfindәn beyinә göndәrilәn şәkil vә mәnzәrәlәr tәrsinә göndәrilir.

16. Gözlәr beyini әn çox yükәlәyәn orqandır.

17. Hәr bir kipriyin 5 ay ömrü var.

18. Qәdim mayalılar çәpgözlüyü cazibәdar hesab edir vә çalışırdılar ki, uşaqlarının gözlәri çәp olsun.

19. Tәxminәn 10 000 il әrzindә yer kürәsindә bütün insanların gözü qәhvәyi rәngdә olub. Sonra Qara dәniz әtrafındakı adamların gözlәrindә mutasiya baş verib vә bu mavi gözlü adamların peyda olmasına sәbәb olub.

20. Gözlәrin hәrәkәt istiqamәtini müayinә edәrkәn 98.3% dәqiqliklә şizofreniyanı müәyyәn etmәk olar.

21. Yer üzündәki qadınların tәxminәn 2%­nin gözlәrindә nadir genetik mutasiya var. Hәmin mutasiya onlara 100 mln. rәngi ayırd etmәyә imkan verir.

22. Hollivudun mәşhur aktyoru Conni Deppin sol gözü görmә qabiliyyәtli deyil.

23. Kosmonaftlar kosmosda olarkәn ağlaya bilmirlәr. Buna sәbәb kosmosdakı çәkisizlikdir. Belәki onlar kövrәlәndә ağlamaq әvәzinә gözlәrindә ancaq göynәmә hiss edirlәr.

24. İnsan gözü üçün çox mürәkkәb rәnglәr var. Hәmin rәnglәri “mümkün olmayan rәnglәr” adlandırırlar.

25. Afakiyadan әziyyәt çәkәn insanlar ultrabәnövşәyi şüaları rәng olaraq görә bilirlәr.

26. Arıları gözlәrindә tük var. Bu tüklәr külәyin istiqamәtini müәyyәn etmәyә imkan verir.

27. Biz gözlәrimizlә yox, beyinimizlә görürük. Baxmayaraq ki, mәnzәrә vә şәkillәrin bulanıq vә keyfiyyәtsiz görüntüsü gözlәrin xәstәliyidir, görmә qabiliyyәti sırf beyin funksiyasıdır.

28.Mavi gözlü ağ pişiklәrin 65-­85 %­i kardır. /atvxeber.az/


Müəllif: