QOÇ – Fiziki cəhətdən çox yorulduğunuzu nəzərə alan ulduzlar əsas vaxtı istirahətə yönəltməyi tövsiyə edir. İqlimin dəyişkənliyi daxili orqanlarınızda neqativ hallar yarada bilər. Səfərə çıxmaq olmaz.
BUĞA - İlahi qanunlara zidd hərəkətlər etməsəniz, ulduzlar sizi sevindirəcək. Hətta ola bilər ki, çoxdan arzuladığınız məqamlar da yetişsin. Ürəyinizə yaxın insanlarla əlaqə yaradın.
ƏKİZLƏR - İşinizdə və yeni əməkdaşlıq istiqamətində şanslarınız məhdud olacaq. Hətta bunlar baş versə də, nəticə uğursuz görünür. Bu səbəbdən də əsas vaxtınızı mənəvi istirahətə ayırın.
XƏRÇƏNG - Ətrafınızda olan insanların əksəriyyəti fikir və rəylərinizə inanmır, səmimiyyətinizə şübhə ilə yanaşırlar. Bu münasibəti dəyişmək üçün özünüzü sübut edin. Axşam xoş yeniliklər gözlənilir.
ŞİR - Ürəyinizdə Tanrı sevgisi varsa, cılız insanların atmacalarından qubarlanmayın. Nəzərə alın ki, hər insanın öz xisləti var və hamıda qüsur axtarmağa da çalışmayın. Sülhpərvər olun.
QIZ – Şəxsi büdcənizi artırmaq üçün şanslarınız olacaq. Odur ki, deyilən istiqamətdə aktivləşməli, əlinizdən gələni etməlisiniz. Hər addımda ədalət prinsiplərini, doğruluğu əsas götürməlisiniz.
TƏRƏZİ - Yeni işlərə başlamaq, müqavilələr bağlamaq üçün şanslarınız olacaq. Amma çalışın ki, bütün sövdələşmələri nahardan sonraya saxlayasınız. Lazımsız məsrəflərə pul xərcləməyin.
ƏQRƏB - Bütün enerjinizi fəaliyyət müstəvisinə yönəldin. Zərrə qədər də olsa, tənbəlliyə, başısoyuqluğa yol verməyin. Ötən aydan yarımçıq qalmış mühüm işlərinizi hərəkətə gətirin.
OXATAN - Nə qədər çətin olsa da, bu təqvimi təmkinlə başa vurmalısınız. Əks təqdirdə Novruz gününə qədər mühüm planlarınızın reallaşma ehtimalı olmayacaq. İşlərinizdə daha çox məntiqə əsaslanın.
OĞLAQ - Mərhəmətli olun ki, ətrafınızdakı insanların rəğbətini qazanasınız. Ümumiyyətlə, bu gün ulduzlar müştərək yönümdə daha çox uğur qazanacağınızdan xəbər verir. Axşam evə tez gedin.
SUTÖKƏN – Qəribə də görünsə, ulduzlar bu gün daha çox təkbaşına hərəkət etməli olduğunuzu tövsiyə edir. Əks təqdirdə aldığınız məsləhətlər cəhdlərinizi boşa çıxaracaq. Sevdiklərinizlə mübahisələrə yol verməyin.
BALIQLAR - Bütün addımlarınızda mövqeyinizi açıq şəkildə ortaya qoyun. Reallığı nəzərə alın ki, sizə şübhə ilə yanaşanların sayı azalsın. Bu gün büdcənizi artırmaq üçün işıq ucu tapacaqsınız. Ümidinizi heç vaxt itirməyin.