Dünyanın bir yarımkürəsində yay fəsli hökm sürdüyü halda, digər yarımkürəsində isə qar və çovğunlar tüğyan edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın Kvinslend, Cənubi Uels və Viktoriya şəhərlərində hava temperaturunun mənfiyə düşməsi qarın yağımasına səbəb olub.
Güclü qar yolları bağlayıb və hətta Katumba şəhərciyində məktəblərdə dərslər dayandırılıb. Avtomobillər yollarda qalıb, qatarların hərəkəti dayandırılıb.
Buna baxmayaraq, bu ölkədə belə bir hava şəraiti nadir hadisə hesab olunduğu üçün insanlar yağan qardan məmnun qalıb və çölə çıxıblar.
Verilən məlumata bildirilir ki, havanın temperaturu mənfi 7,9 dərəcədir.
Şəhər sakinlərindən biri deyib: “Sonuncu dəfə qarı 1989-cu ildə görmüşəm. O vaxtdan etibarən bu yerlərə qar yağmayıb. Bu qışın bizə verdiyi möcüzədir”.