İngiltərənin Lincolnshire qraflığında anasından ayrı düşmüş suiti balasını inəklər xilas edib.
İnəklər çay qırağında otlayan zaman çəmənliyin bataqlıq hissəsində cəmi 5 gün əvvəl doğulmuş suiti balasına rast gəliblər.
Bala suiti, görünür, çay qolunda azaraq, anasından ayrı düşüb, nəticədə, azaraq çəmənliyin ortasına gəlib çıxıb.
Wash çayının sahilində yolunu azmış suiti balasını yerli ornitoloq xilas edib.
Yerli qoruğun əməkdaşı Ian Ellis teleskopdan ərazini müşahidə edərkən gözünə suiti balasının başına toplaşmış inəklər dəyib.
Qoruq gözətçisi Toby Collett hadisə yerinə gəlib və suiti balasını isti paltara bükərək reabilitasiya mərkəzinə gətirib.
Natureland suiti qoruğunun 50 illiyilə bağlı suiti balasına Celebration adı veriblər.
Celebration hazırda həmin mərkəzdə reabilitasiya kursu keçməkdədir.
Bostondan olan 67 yaşlı Ian deyir ki, "suitlər bataqlıq sahəsinin qırağına tez-tez gəlirlər".
"Lakin inəklərin hərəkəti onların toplaşdığı yerə diqqətlə baxmağa məcbur etdi", Ian bildirib.
Gözətçi Toby isə paltosuna suiti balasını bükərək xilas edib.
Xilas edilmiş suiti balası adi suiti növünə aiddir.
Həmin suitilər yay mövsümündə sahilyanı sularda balalayır.
Xilas edilmiş Celebration bala suiti reabilitasiya mərkəzində 30-35 kilo çəki yığanadək qalacaq.
Ondan sonra onun təbiətə sərbəst buraxılacağı nəzərdə tutulur.
Natureland suiti mərkəzi ildə orta hesabla hər il 30-50 suitini düşdükləri təhlükəli vəziyyətdən xilas edir.