Dünən Ankarada İyi Partiyanın baş ofisinin açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Maral Akşənərin rəhbərliyi ilə qurulan İyi Partiyanın qərargahının açılış mərasimi mitinqə bənzəyib.
Mərasimə minlərlə insan qatılıb. Polis mərasimə qatılanları yoxladıqdan sonra içəri buraxıb.
Qeyd edək ki, İyi Partiyanın qərargahı Ankarada – Çankaya səmtində, Atatürk küçəsində yerləşir.
Açılış mərasimində çıxış edən partiyanın lideri M.Akşənər bildirib ki, çox ağır mərhələdən keçirlər:
“AKP hakimiyyəti Atatürkün anası Zibeydə xanıma və bütün qadınlara həqarət edib. İyi Partiya bir qadın hərəkatıdır. Allahın zopası yoxdur, İyi Partiya var”.