İran prezidenti Həsən Ruhani Rusiyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İran prezident aparatının mətbuat xidməti məlunat yayıb. Qeyd olunur ki, Ruhani noyabrın 22-də Vladimir Putinin rəsmi dəvəti ilə Moskvaya səfər edəcək.
İran, Rusiya və Türkiyə prezidentləri Suriya məsələsi ilə bağlı Soçidə birgə müzakirələr aparacaqlar.