Aİ-nin və qonşu ölkələrin münaqişələrin həlli üzrə mövqeyi tam aydındır.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "Euractiv"ə bildirib.
F.İsgəndərovun sözlərinə görə, sammitin yekun bəyannaməsinin Azərbaycan üçün çox müsbət elementləri var: "Aİ ölkələrinin mövqeyi Şərq Tərəfdaşlığının üzvü olan bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstək məsələsində daha aydın görünür. Münaqişələrin həlli məsələsində heç bir ziddiyyətli yanaşmalar olmayıb".
Səfir əlavə edib ki, Aİölkələrinin və qonşu ölkələrin münaqişələrin həlli üzrə mövqeyi tam aydındır: "Onların beynəlxalq hüquq prinsiplərinə və qanunlarına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə əsaslanan ümumi yanaşmaları var. Bu, "Şərq Tərəfdaşlığının" üzvü olan altı ölkədən dörd üçün çox vacibdir. Təəssüf ki, bu dörd ölkə münaqişələrin iştirakçılarıdı".