Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar NATO Hərbi Komitəsinin Baş Qərargah Rəislərinin Brüsseldəki iclasında çıxış edib.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, o, NATO-nu terror təşkilatları arasında fərq qoymamağa çağırıb
“İŞİD kimi PKK/PYD/YPG, FETÖ ilə mübarizə də çox vacibdir. PKK terror təşkilatının qolu sayılan YPG-yə “əməliyyat ortağı” adı altında silah verilməsini qəbul etməyəcəyik. Bu xətanın qısa müddət sonra aradan qaldırılacağına ümid edirik”.
Akar qeyd edib ki, Türkiyə terrorçuluqla mübarizədə bütün səylərindən istifadə edir.