Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və İranla hərbi əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksandr Perençiyev deyib.
Onun sözlərinə görə, Putinin gözlənilən Bakı səfərində Azərbaycanın Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə işbirliyi məsələləri müzakirə ediləcək.
Perençiyev qeyd edib ki, Azərbaycanla əməkdaşlığı genişləndirmək məsələsi Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilmiş görüşdə də müzakirə olunub:
“Həm Ankara, həm də Moskva Azərbaycanla münasibətlərini inkişaf etdirməyə xüsusi maraq göstərirlər. Azərbaycan və Türkiyə arasında qardaş münasibətlər var. Digər yandan isə bu “üçbucağın” – Azərbaycan, Türkiyə və Rusiyanın beynəlxalq təhlükəsizlik üçün çalışdıqları xüsusi əhəmiyyətə malikdir”.