10 Oktyabr 2018 21:09
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə iki qonşu ölkənin parlamentləri arasında münasibətlərin dinamikası yüksək dəyərləndirilib.

Tərəflər Azərbaycan və Rusiya parlamentləri arasında birgə komissiyaların yaradılması ilə bağlı səmərəli fikir mübadiləsi aparıblar.

Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısında hər iki ölkənin ümumi maraqlarını əks etdirən mövqenin nümayiş etdirildiyi bildirilib.

Spikerlər arasında görüşlərin müntəzəm xarakterli olduğunu diqqətə çatdıran Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, əlaqələrin daha da genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunur.

Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolunu yüksək dəyərləndirən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, keçirilən hər bir görüş faydalıdır və əhəmiyyətlidir.

Azərbaycan parlamentinin spikeri səfər çərçivəsində İranın İslam Şurası Məclisinin sədri Əli Laricani ilə də görüşüb.

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin inkişafına dair səmərəli fikir mübadiləsi aparılıb. Tərəflər parlamentlər arasında əlaqələrin inkişaf dinamikasını yüksək dəyərləndiriblər. Ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərindən danışılan görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr də aparılıb. Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şimal-Cənub dəhlizi üçün böyük perspektivlər yaradır.


Müəllif: Cavad

Oxşar xəbərlər