30 Oktyabr 2018 20:45
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gedib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycanın Milli Məclisi, Energetika Nazirliyi və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri daxildir.

Səfər çərçivəsində E.Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər