Ermənistana təhlükə yaranarsa, Rusiya Ermənistandakı birgə qoşunları hərəkətə keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi ekspert Vladimir Yevseyev çıxış edib.
Ekspertin sözlərinə görə, Rusiya qarşıdurma vəziyyətində Cənub Hərbi Bölgəsinin qüvvələri ilə Ermənistanı gücləndirəcək:
“Bura Ermənistan torpaqlarının müdafiəsi, hava sahəsinin bağlanması və lazım olacağı halda, sərhədlərin müdafiə edilməsi daxildir”.
Rusiya Dövlət Dumasının deputatı Yuri Şvıtkin də müharibə vəziyyətində Rusiyanın Ermənistanı müdafiə edəcəyini bildirmişdi.
Vladimir Yevseyev isə iddia edir ki, Şvıtkinin iddiası Rusiyanın rəsmi mövqeyini əks etdirir: “Bu, keçirilən təlimlər də daxil olmaqla təsdiqlənib”.