3 Yanvar 2019 17:23
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatıçısı Şəhriyar Məmmədyarov bu gün dünya reytinqində stabil olaraq ikinci, üçüncü yeri tutur. Onu dünya çempionundan çox cüzi xal fərqi ayırır. O iştirak etdiyi oyunlarda çox ciddi və təhlükəli rəqib sayılır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, bir zamanlar ilk üçlükdə erməni və rus şahmatçıları təmsil olunurdu:

“İndi isə nümayəndəmizin dünya güclülərindən biri olması Azərbaycan xalqının intellektual gücünü, böyük potensialımızı göstərir. Bu isə ilk növbədə müstəqilliyimiz nəticəsində mümkün oldu. Hansısa dövlətin tərkibində olsaydıq şəhriyarlarımızın zirvələrdə olmasına maraq göstərməyəcəkdilər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər