24 Yanvar 2019 22:42
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Axalkalaki rayonunun Buqaşen qəsəbəsində Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulması çox biabırçı bir hadisədir. Çünki həmin erməni gürcü-erməni əlaqələrinin inişafında rol oynamış hansısa sənət adamı deyil.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, rol oynayan bir şəxsdir:

“Həmin erməni cinayətkar, terrorçudur. Hansı ki, azərbaycanlılara qarşı cinayətlərdə, o cümlədən Xocalı faciəsinin törədilməsində rol oynayıb. Belə bir şəxsə Cavaxetiya bölgəsində abidənin qoyulması və orada Gürcüstan rəsmilərinin iştirakı biabırçı haldır”.

Z.Məmmədov qeyd edib ki, Gürcüstan öz ərazi bütövlüyünü, milli təhlükəsizliyini, milli maraqlarını düşünməlidir:

“Bu gün Cavaxetiya bölgəsi Gürcüstanın milli maraqlarını təhdid edən bir bölgədir. Onlar açıq-aşkar Gürcüstandan qopmaq, müstəqillik qazanmaq, yaxud Ermənsitana birləşmək istəyirlər. Baxmayaraq ki, Cavaxetiya 1829-cu il Ədirnə müqaviləsinə əsasən ermənilər bu bölgəyə köçürülüblər. Qarabağ müharibəsi olmasaydı, ermənilər bu gün Cavaxetiyada etdiklərini Qarabağda da edərdilər”.

Z.Məmmədov qeyd edib ki, Gürcüstan Azərbaycanın bu məsələdə həssaslığını yaxşı anlamalıdır:
“Çox təəssüf ki, Gürcüstanda ölkənin milli maraqlarını, Gürcüstan-Azərbaycan strateji müttəfiqliyini düşünməyən, ona ziyan vurmaq istəyən şəxslər mövcuddur. Onlar həm erməni lobbisi tərəfindən, həm də digər maraqlı qruplar vasitəsilə iki ölkənin münasibətlərinə xələl gətirirlər. Lakin Gürcüstan anlamalıdır ki, Azərbaycan bu ölkənin hava balonudur və bu dövlətin iqtisadi cəhətdən varlığında, inkişafında Azərbaycanın rolu böyükdür”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər