29 Yanvar 2019 19:45
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransı çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü istisna etməyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Diplomat konfransda iştirak edəcəyini bildirib:

“Proqrama görə, Münhenə gedəcəyimi bilirəm. Həmkarımın da ora getməyi planlaşdırdığını bilirəm”.

Qeyd edək ki, nazirlər bundan əvvəl yanvarın 16-da Fransada (Paris) görüşüblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər