30 Yanvar 2019 14:07
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın hazırkı Prezidenti Petro Poroşenko ikinci dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqladı. Nəzəri cəhətdən Poroşenko ikinci dəfə prezident seçilmək şansını itirməyib, ancaq bu şans yüksək deyil, rəqibləri güclüdür”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Petro Poroşenko verdiyi vədlərin əksəriyyətini yerinə yetirmə bilmədi:

“Ancaq bunun obyektiv səbəbləri var. Qarşısında Rusiya kimi dövlət var və ona hər vəchlə mane olurdu.

Buna baxmayaraq, Poroşenko prezident olduğu müddətdə dağılan ordunu və təhlükəsizlik sistemini bərpa etdi, ordunu silahlandıra bildi. Ancaq iqtisadiyyatda və sosial sahədə dönüş yarada bilmədi. Təsadüfi deyil ki, əvvəllər onu dəstəkləyən tanınmış ictimai və siyasi xadimlərin çoxu, o cümlədən keçmiş prezidentlər Kuçma və Kravçuk onun keçirdiyi tədbirdə iştirak etmədi. Onlar prezidentliyə əsas namizəd Yuliya Timoşenkonun bir neçə gün əvvəlki tədbirinə qatılmışdılar. Yəqin onlar qalib kimi artıq Yuliya Timoşenkonu görürlər. Elə bilirlər ki, populist Timoşenko hakimiyyətə gəlsə, əlləri bala batacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər