Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin həbs edilməsi ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, təşkilat sədri mətbuata müraciət edərək, fəalın həbsi məsələsini gündəmdə saxlamağa çağırıb.
Bəyanatda deyilir:
“Artıq 20 gündür ki, ETTELAT (İranın kəşfiyyat idarəs) mənsubları tərəfindən oğurlanan Güney Azərbaycan Milli Hərəkatının öncüllərindən olan Abbas Lisaninin harda saxlanılması ilə bağlı ailəsinə və yaxınlarına məlumat verilmir. İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edilərək, zindanın ən çətin yerində saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin hazırkı sağlıq durumu narahatlıq doğurur. Gözlənilir ki, onu yenidən şərləyərək, uzunmüddətə zindanda saxlasınlar.
Odur ki, Abbas Lisaniyə azadlıq tələb edir, milli mətbuatı güneyli qardaşımızın müdafiəsinə dəstək verməyə, sizi də onun azadlığı naminə haqq səsinizi ucaltmağa çağırıram”.