19 Mart 2019 17:05
2 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Qarabağ münaqişəsinin formatını dəyişdirmək üçün heç bir təklif vermir. Bu məsələ sadəcə ölkə daxilində və xaricində şişirdilib. Hesab edirəm ki, Ermənistanın formatı dəyişdirməyi təklif etdiyinə inananlar, sadəcə danışıqlar prosesi ilə tanış deyillər”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan qeyd edib ki, Düşənbə şəhərindən başlayan Sankt-Peterburq və Davosda davam edən dialoq davam etdiriləcək: “Növbəti görüşümüzün harada keçiriləcəyini bilmirəm, amma əsas odur ki, heç kim dialoqdan imtina etmədiyini bildirir”.

Erməni baş nazir qeyd edib ki, Qarabağla bağlı məsələlərlə tanış olmaq üçün Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyanla görüşüb:

“O, mənə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev 18 ildir danışıqlarda iştirak edir, o da, həmsədrlər də vəziyyəti bilirlər. Nalbandyandan danışıqlar prosesi haqda məlumatlar aldım”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər