15 Aprel 2019 19:41
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

"Bu yaxınlarda həmsədrlər əvvəlcə özləri görüşəcək və növbəti görüşlə bağlı təkliflərini verəcəklər. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə gəldikdə isə əvvəlcə xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Əgər görsək ki, hansısa problemli məsələ ortaya çıxır, onda prezidentlərə məlumat veriləcək”, - nazir qeyd edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər