Biz axşam yeməyində cənab Əliyevlə qısa danışdıq. Bu, Dağlıq Qarabağ üzrə cari vəziyyət haqqında ümumi danışıq idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə jurnalistlərə açıqlamasında deyib.
O, danışıqlar prosesinin davam edəcəyinə əmin olduğunu vurğulayıb.
Paşinyan yenidən qondarma “Dağlıq Qarabağ Respunlikası”nın danışıqlar masasına gətirilməsi iddiasını irəli sürüb: “Qarabağsız bu münaqişənin nizama salmasına nail olmaq mümkün deyil”.
Qeyd edək ki, dünən Brüsseldə Avropa Birliyinin 2009-cu ildə əsası qoyulmuş "Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin yubiley sammiti başlayıb. 2 gün çəkəcək toplantıya 6 ölkənin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun rəhbərləri dəvətlidir.