Sabah Milli Məclisin plenar iclası keçiriləcək.
Teleqraf.com Milli Məclisin gündəliyinə 18-dən çox qanun layihəsinin müzakirəsi təqdim olunur.
Bunlar “Standartlaşdırma haqqında”, Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Dövlət rüsumu haqqında”, “Telekommunikasiya haqqında”, “Yeyinti məhsulları haqqında”, “Baytarlıq haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələridir.
Eyni zamanda “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi deputatlara təqdim ediləcək.