22 May 2019 19:43
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana yeni təyin olunmuş BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassettini qəbul edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Alessandro Frakassetti təyinatı barədə müvafiq məktubu nazir Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Alessandro Frakassettini yeni təyinatı münasibətilə təbrik edərək, onun Azərbaycanla BMTİP arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Nazir ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğuladı və əlaqələrin daha da irəli aparılması üçün səylərin artırılmasının vacibliyi qeyd edib.

Öz növbəsində, A.Frakassetti BMTİP sistemində aparılan struktur islahatları barədə məlumat verdi və fəaliyyəti müddətində əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com