3 İyun 2019 16:58
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Prezidenti Andjey Dudanın Azərbaycana səfəri iki ölkə arasındakı strateji əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək, Polşa-Azərbaycan münasibətlərinin inkişafına yeni impuls verəcək.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, Polşa Azərbaycana dost ölkədir, beynəlxalq arenada həmişə bizi dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır:

“Həm də iki ölkə arasında iqtisadi əlaqələr günü-gündən genişlənir. Keçən il Polşada Azərbaycan Ticarət Evi açılıb. Bu, Azərbaycan brendi altında mallarımızın Polşa bazarlarına ixracına və iki ölkə arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək”.

A.Badamov qeyd edib ki, Azərbaycan beynəlxalq transmilli layihələr icra edib və Asiya ilə Avropa arasında nəqliyyat qovşağına çevrilib. Polşa bu nəqliyyat dəhlizində daşınmaların həyata keçirilməsində maraqlıdır:

“İki ölkə arasında qarşılıqlı investisiya imkanları genişdir və bu imkanlardan səmərəli istifadə hər iki ölkənin iqtisadiyyatının inkişafına töhfə verəcək. Azərbaycanla Polşa arasında kənd təsərrüfatı və turizm sahələri üzrə əməkdaşlığa dair imzalanmış sənədlər Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsində Polşa təcrübəsindən istifadə olunmasına gətirib çıxaracaq və ölkələrarası turizm imkanlarının genişlənməsini sürətləndirəcək. Həm də Polşa Prezidentinin Bakıya səfəri çərçivəsində biznes-forum keçirilib, biznes strukturları arasında əməkdaşlıq münasibətləri müzakirə olunub. Düşünürəm ki, Azərbaycana Avropa İttifaqında Polşa kimi dost ölkə vacibdir və prezidentlər arasında səmimi münasibətlər ölkələrimizi də bir-birinə daha sıx bağlayacaq. Həmçinin, Azərbaycan Avropa İttifaqının üzvü olan 10-a yaxın ölkə ilə ikitərəfli strateji əməkdaşlıq edir və bu əməkdaşlıq dairəsinin genişlənməsi Azərbaycanı Avropaya daha da yaxınlaşdıracaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər