5 Sentyabr 2019 00:43
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən işğal edilən torpaqlarımız Azərbaycanın nəzarəti altına qayıdacaq.

Teleqraf.com-un məlumatına görə, bunu öz "Twitter" səhifəsində Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva yazıb.

L.Abdullayeva bildirib: "Ermənistan dərk etməlidir ki, hazırda işğal altında olan Azərbaycan torpaqları Azərbaycanın nəzarəti altına qayıdacaq və regionun hər iki icmasının sülh içində birgə yaşayışı təmin olunacaq. Münaqişənin başqa həlli yoxdur, vasitəçilər və dünya ictimaiyyəti bunu yaxşı bilir!".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər