6 Sentyabr 2019 14:25
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimlərinin bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Tədbirdə “Eternity - 2019” kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib.

Qonaqlar təlimin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda hər üç ölkə nümayəndələri bir-birlərinə hədiyyələr təqdim ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər