Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 2019-cu ilin sentyabrın 8-də Dağlıq Qarabağda keçirilən “yerli idaetmə orqanlarına” adlandırılan “seçkiləri” və onların nəticələrini tanımır.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan XİN-in bəyanatında bildirilib.
Gürcüstan XİN Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Bəyanatda Gürcüstan XİN-in münaqişənin beynəlxalq hüquq və prinsiplərə tam uyğun formada beynəlxalq ictimaiyyətin cəlb olunması ilə sülh yolu ilə həllinin tərafdarı olduğu vurğulanıb.