16 Sentyabr 2019 17:17
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arif Yunus, Leyla Yunus və qrant girovuna çevrilənlər “Sülh və Demokratiya İnstitutu” adı altında “radikal müxalifət”, “Milli Şura” cızığını çoxdan keçib. Onlar erməni fondları, Marşal Fondu, Soros Fondu və sair kimi donorlar vasitəsilə xarici dillərdə anti-Azərbaycan təbliğatı ilə məşğuldur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert qeyd edib ki, Yunuslar “Cəmiyyətin fikri” adlı sosial şəbəkə yaradaraq əslində öz hədəflərini sərgiləyir:

“Bu hədəf – “Qarabağ Ermənistanındır” hədəfidir. Məsələn, özünü hüquq müdafiəçisi kimi təqdim edən Arif Yunus “Azərbaycanda streotiplər və düşmən obrazı” məqaləsində görün nələri yazır. Arif Yunus Bakının işğaldan azad edilməsi günü haqda yazır ki, “1918 ci ilin sentyabrında Bakıya daxil olan türk və Azərbaycanlı ordusu ən azı 9 min ermənini öldürməklə qırğına cavab vermiş oldular”.

20 Yanvar hadisələrindən yazarkən isə qeyd edir ki, “Bununla bərabər, indiyədək və indiyəqədər də, Azərbaycan cəmiyyətində hələ 20 Yanvar hadisələrinə bir həftə qalmış Bakıdakı ermənilərə qarşı törədilən qırğınlarla bağlı susmaqda davam edilir”.

Habelə 1990-cı illərin ortalarında artıq Azərbaycanda 5 ci sinif dərsliklərində ermənilərin düşmən obrazında qələmə verilməsindən bəhs edir və yazır ki, “Məktəb proqramlarında ermənilərin ünvanına “bandit”, “aqressor”, “xain”, “riyakar” kimi epitetlərdən istifadə olunur”.

Zaur Məmmədov xatırladıb ki, bu ilin əvvəlində Avropa Parlamentinin binasında '”Ermənifobiya: Tarix və bu günün yenidən aktuallaşan məsələsi” mövzusunda tədbir keçirilmişdi:

“ Tədbirin məqsədi guya ermənilərin azərbaycanlılar tərəfindən sıxışdırılması və əzilməsi fikrini aşılamaq olmuşdu. Ermənilər burada Leyla Yunusdan sitat gətirərək “arqumentlərini” gücləndirmək istəyiblər: “Azərbaycanda 10 yaşlı uşaqlar xristianların azərbaycanlıların düşməni olduğuna və ermənilərin qara geyimli inancsız insanlar olduğuna inanmağa təhrik edilir”'.

Bu fikirlər hər hansı bir erməniyə yox, Leyla Yunusa məxsusdur”.

Politoloq bildirib ki, Leyla Yunusun bu fikirləri ermənilərin Avropa Parlamentində Azərbaycan əleyhinə təşkil etdiyi tədbirdə “arqument” kimi istifadə edilib: “Bu görüşdə erməni təmsilçiləri hətta Leyla Yunusun bu sitatını böyük monitorda nümayiş etdiriblər: “Leyla Yunusun fikirləri azərbaycanlıların özünün ermənifobiyanı etiraf etməsi kimi qələmə verilib”.

Zaur Məmmədov hesab edir ki, informasiya müharibəsində Azərbaycanın imicinə zərbə vurmaq istəyən qüvvələr kifayət qədərdir: “Bu qüvvələr arasında müxalifətdəkilərdən tutmuş, guya ki, iqtidara xidmət edən kəslərə qədər var. Taylı tayını tapar deyərlər”.

Ekspert sonda əlavə edib ki, Azərbaycana qarşı sistemləşmiş şəbəkənin ilbəil ciddiləşməsini qəbul etmək lazımdır:

“Azərbaycanda hüquqdan və azadlıqlardan danışanlar, niyə bircə dəfə də olsun, Ermənistanda azərbaycanlıların məzarlarının darmadağın edilməsi ilə bağlı rus və ingilis dillərində məqalələrlə çıxış etmədiniz? Niyə erməni əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı xarici dillərdə məqalələrlə çıxış etmədiniz? Çünki siz siyasi partiyaların və QHT-lərin əsas məqsədi Azərbaycana düşmənçilik edənlər hesabına öz maliyə vəziyyətinizi yaxşılaşdırmaqdır. Siz siyasi partiyaların və QHT -lərin məqsədi erməni dəyirmanına “astaca” su tökməkdir. Təbrik edirəm, bu sizdə yaxşı alınır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər