26 Sentyabr 2019 20:29
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışı zamanı Rusiyanı Ermənistanın əsas strateji tərəfdaşı və müttəfiqi elan etməsi haqda fikirlərində səmimiyyət yoxdur.

Bu sözləri Teleqraf.com-a siyasi şərhçi, professor Əli Abbasov Ermənistan baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışışı şərh edərkən bildirib.

Əli Abbasov hesab edir ki, Paşinyan məcburiyyət qarşısında Rusiyanı özünün strateji müttəfiqi adlandırır:

“Yeravana edilən təzyiqlər Paşinyana imkan vermir ki, başqa cür danışsın. Ancaq Paşinyanın dediklərinə yox, əməllərinə baxmaq lazımdır. Məsələn, bir ay əvvəl Rusiyada həbsdən çıxan dissidentə Yerevan siyasi oturum vermişdi. Halbuki həmin şəxs indiki Rusiya rəhbərliyinə qarşı sərt fikirləri ilə tanınır. Paşinyan bu kimi hərəkətlərlə göstərir ki, onun niyyəti tam başqadır. Sadəcə Ermənistana ciddi təzyiqlər var. Bir müddət əvvəl Paşinyan “Qarabağ Ermənistanındır, nöqtə” bəyanatını verdi. Az sonra Rusiya XİN-in təmsilçisi Mariya Zaxarova ona qarşı sərt reaksiya verdi. Eləcə də bir neçə rus dövlət rəsmisi Paşinyanı açıq tənqid edib. Elə Kremlə yaxın mediada da Paşinyan vurulur. Paşinyanın son bəyanatını çarəsizlikdən verdiyini düşünürəm. Baxaq görək bundan sonra Rusiyanın Paşinyana münasibəti dəyişəcəkmi? Şəxsən mən bunun baş verəcəyinə inanmıram. Paşinyanı bir kənara qoyaq, Ukraynada hakimiyyətə gələn Prezident Jelenski Rusiyaya qarşı isti mesajlar verməsini baxmayaraq , Moskvada ona münasibət dəyişməyib. Vəziyyətr belədir ki, bu torpaqları Rusiya nəzarəti altında saxlamaq istəyir. Çarəsiz duruma düşən liderlər belə bəyanatlar verməli olur. Ancaq bir imkan və ya şans olsun hamısı Rusiyadan aralanacaq”.

Əli Abbasov hesab edir ki, hətta Paşinyan daxil olmaqla heç bir siyasətçi qapazaltı olmaq istəməz: “Amma başqa imkan yoxdur. ABŞ tərəfindən Ermənistana dəstək yoxdur. Erməni diaspora qurumları kömək etmir. Ermənistan daxilində iqtisadi vəziyyət pisdur. Paşinyanda ölkə daxilində müəyyən dəyişikliklər etmək, iqtisadi durumu düzəltmək istəyir. Amma bunun üçün imkanı, maliyyə durumu yetərli deyil. Gələn il separatçıların oyuncaq Dağlıq Qarabağ rejimində seçkilər olacaq. Paşinyan çalışır ki, bu seçkiləri udsun. Əgər ruslar Paşinyana belə bir imkan versələr düşünün ki, Ermənistan Rusiyanın nəzarətindən çıxmaq üçün ciddi irəliləyiş əldə edəcək. Odur ki, Paşinyanın Rusiya haqqında ABŞ-da verdiyi bəyanat səmimi deyil. Paşinyan onu da bilir ki, yaxın gələcəkdə ruslar Ermənistana satdıqları mavi yanacağın da qiymətini qaldıracaqlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər