28 Sentyabr 2019 12:27
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən iqtisadi, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

E.Məmmədyarov Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında hindistanlı həmkarına məlumat verərək, bu layihələrin regional əməkdaşlığa və Şərq-Qərb dəhlizinin inkişafına töhfə verdiyini və yükdaşımaların vaxt və maliyyə baxımından daha effektiv həyata keçirilməsi üçün əlverişli şərait yaratdığını qeyd edib.

Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı zirvə görüşü və Hindistan nümayəndə heyətinin tədbirdə iştirakını məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri müzakirə edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər