16 Oktyabr 2019 15:16
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) növbəti görüşü bu ilin dekabrında Slovakiyanın paytaxtı Bratislavada baş tuta bilər.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın işğal altındakı Xankəndi şəhərində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, XİN rəhbərlərinin görüşü ATƏT ölkələrinin Xarici İşlər Nazirlərinin Sammiti çərçivəsində keçirilə bilər.


Müəllif: Teleqraf.com