Fransanın sabiq prezidenti Nikola Sarkozi Azərbaycana gəlib.
Axar.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros Tvitter səhifəsində məlumat verib.
“Nikola Sarkozi bir neçə saatlıq Bakının fəxri qonağı oldu. Prezident Sarkoziyə Azərbaycana səfəri üçün təşəkkür edirəm”, - deyə Fransa səfiri qeyd edib.