Noyabrın 27-29-da Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının səkkizinci iclası keçirilib.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib və iclasın protokolu imzalanıb.
Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.
Birgə Komissiyanın növbəti iclasının Azərbaycan ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaq.