22 Yanvar 2020 21:16
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Aşıqlar Birliyi 33 saylı Xətai birinci Seçki Dairəsindən deputatlığa namizəd Zəlimxan Məmmədlini dəstəkləyən bəyanat yayıb.

Bəyanatda qeyd olunur: "İran Aşıqlar Birliyinin bütün üzvlərinin adından və öz adımdan muraciət edirəm. Əgər Azərbaycan Respublikasında bizi istiyən varsa, sənətimizin vurğunlarından və əsil türk qanlı bacı və qardaşlarımızdan xahiş edirəm xalqımızın ləyaqətli sərdarı çox hörmətli Dr: Zalimxan Mammadliyə səs versinlər. Biz aşıqlar əgər Azərbaycanda olsaydıq, mütləq Zalımxan igidimizə səs verərdik. Niyəsini də hamımız bilirik. Zəlimxan Məmmədli həmişə həm xalqına, həm ədəbiyatımıza xitmət edib və bu gün Milli Məclisə Zalimxan Məmmədli kimi savadlı, xalqına ürəyi yanan və uzaqgörən oğullar lazımdı.
Aşıq Səlcuq Sahbazi"

Gələcək gözəl olacaq!
Memarı millət olacaq!


Müəllif: Teleqraf.com