29 Yanvar 2020 17:10
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki bülletenlərinə 1345 nəfərin adı daxil edilib. Bir yer uğrunda 11 namizəd mübarizə aparacaq Çox böyük bir seçimdir.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, bu gün axşama, yaxud sabaha bütün bülletenlər hazır olacaq:

“Namizədlərin 246 nəfərinin siyasi mənsubiyyəti var. 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1088 nəfər fərdi qaydada öz namizədliyini irəli sürüb. Bu rəqəmlər artıq dəyişəsi deyil”.

M.Pənahov qeyd edib ki, ümumilikdə 307 nəfər 28 siyasi partiyanın üzvləridir:

“Siyasi partiyaların hamısı seçkidə iştirak edir. Yalnız bir təşkilat – AXCP iştirak etmir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər