Fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən protokollar Mərkəzi Seçki Komissiyasına daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə MSK-nın saytında məlumat yerləşdirilib.
Beləliklə, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsindən daxil olmuş protokollar üzrə məlumatlar açıqlanıb və parlament seçkilərinin ilkin nəticələri, lider namizədlər məlum olub.