18 Fevral 2020 16:17
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.

Məsələ barədə məlumat verən MSK-nın katibi Arifə Muxtarova bildrib ki, 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə namizəd Zeyqam Hüseynov MSK-ya müvafiq DSK-nın qərarından şikayət edib:

“O, 56 saylı seçki dairəsi üzrə 7 saylı məntəqədə nəticələrin ləğvini xahiş edib. DSK-nın qərarında şikayət əsassız sayılıb. Ərizəçi nəticələri mübahisələndirməyib, yalnız bir məntəqədən şikayət edib. O bildirib ki, bu məntəqədə böyük nüfuz sahibidir və ona verilən səslər daha çox olmalı idi”.

A.Muxtarova bildirib ki, həmin dairədə seçicilərin iradəsinə təsir edəcək hadisə baş verməyib və şikayətin təmin edilməməli olduğunu vurğulayıb. Bununla bağlı müvafiq qərar qəbul olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər