Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, ermənişünas alim Hatəm Cabbarlı Teleqraf.com-un qonağı olub.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasındakı ilk dəfə açıq debat formatında müzakirəni şərh edən Hatəm Cabbarlı panel müzakirəsinin Paşinyanın reytinqinə mümkün təsirinə toxunub.
Ermənistan ictimaiyyətinin Paşinyanın debatdakı çıxışını kəskin etdiyini deyən alim erməni baş nazirin Qarabağ klanı ilə mübarizəsindən də danışıb, qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçiriləcək seçkilərin nəticəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki danışıqlara təsir edib-etməyəcəyinə də aydınlıq gətirib.