10 Mart 2020 10:59
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Boqor şəhərinin meri Bima Arya Azərbaycana işgüzar səfər edəcək.

Səfər martın 12-14-də baş tutacaq.

Qeyd olunur ki, işgüzar səfərin məqsədi “ASAN Xidmət”in təcrübəsi ilə tanışlıqdır. Belə ki, qonaqlar İndoneziyada mövcud olan oxşar xidmətin – “Public Servive Mall”ın (MPP) təkmilləşdirilməsinə çalışırlar.

Tərəflərin məlumat mübadiləsi və MPP ilə “ASAN Xidmət” menecerlərinin və digər əməkdaşlarının təlim imkanları barədə razılıq əldə edəcəyi gözlənilir./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər